Azərbaycanla Qvineya-Bisau arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri vizadan qarşılıqlı azad ediliblər

Azərbaycanla Qvineya-Bisau arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri vizadan qarşılıqlı azad azad edilməsi haqqında Saziş təsdiqlənib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib.