Azərbaycan və Maldiv ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib

Azərbaycan və Maldiv ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib.