Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Sərəncama əsasən, 2025-ci il sentyabrın 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş" təsdiq edilib.