https://news.day.az/azerinews/1803205.html "Qalatasaray" ulduz futbolçu üçün hərəkətə keçəcək "Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunu transfer etmək istəyir.

"Qalatasaray" ulduz futbolçu üçün hərəkətə keçəcək

Azərbaycanca, 17 декабря 2025 19:29 (UTC +04:00) 314
"Qalatasaray" ulduz futbolçu üçün hərəkətə keçəcək

"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunu transfer etmək istəyir.

 

İstanbul nəhəngi yayda heyətinə qata bilmədiyi Qrizmann üçün yanvarda yenidən hərəkətə keçəcək. "Sarı-qırmızılar" 34 yaşlı forvarda 2+1 illik müqavilə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 26 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости