Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb - FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Trend-in yerli bürosunun xəbərinə görə, Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb.
Soğma yurda qayıdan sakinlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdərə Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə 7 ailə - 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə isə 15 ailə - 66 nəfər köçürülüb.
Xocalı rayonu Badara, Daşbulaq, Ağdərə rayonunun Vəngli, Kolatağ kəndlərinə qayıdan ailələr Ağdam rayonundan yola salınıblar.
Qeyd edək ki, bununlada Xocalı rayonu Badara kəndinə ümumilikdə 28 ailə (220 nəfər), Daşbulaq kəndinə 34 ailə (133 nəfər), Ağdərə rayonu Vəngli kəndinə 124 ailə (482 nəfər), Kolatağ kəndinə 33 ailə (120 nəfər) daimi qayıdışı təmin edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре