Ermənistan Naxçıvanla əlaqənin qurulması istiqamətində heç bir addım atmayıb

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası ilə əlaqənin yaradılması ilə 2020-ci ildə razılıq əldə edilmişdi.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistan uzun müddət bu istiqamətdə heç bir addım atmayıb.

"Azərbaycan öz üzərində düşən işlərin əksəriyyətini tamamlayıb. 2026-cı ildə tikintisi davam edən dəmir yolu sərhədə çatacaq", - nazir əlavə edib.

Onun sözlərinə görə, Ermənistanın bu istiqamətdə addım atmamasını qiymətləndirmək istəməzdim. Daxili səbəblər və xarici təsirlərdən ola bilər:

"Ermənistan artıq TRIPP layihəsi üzrə müəyyən öhdəliklər götürüb.

Hazırda ABŞ-nin bu işlə məşğul olan nümayəndələri Ermənistanla danışıqlar prosesindədir. Bu, ikitrəfəli formatda həyata keçirilir. Lakin biz Azərbaycanın legitim maraqlarını çatdırmışıq. Hesab edirik ki, bunlar nəzərə alınacaq. Nəticə etibarilə, TRIPP-in girişi və çıxışı Azərbaycan ərazindədir. Azərbaycan əməkdaşlığı olmadan bu layihənin reallaşması mümkün deyil".