Ermənistana neft satışı ilə bağlı təklif olunan tarif çox yüksəkdir

Neft məhsullarının Ermənistana satışı ilə bağlı qarşı tərəfdən sorğu daxil olanda ilkin danışıqlar əsnasında Gürcüstan tərəfinə təklif olunan tarif çox yüksəkdir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, bu Azərbaycan tərəfindən bəlli bir suallar yaratdı. Çünki bu mövcud praktikaya uyğun deyildi:

"Gürcüstan rəhbərliyi bu məsələdən xəbər tutan kimi məsələni nəzarətə götürdü, vəziyyəti kökündən dəyişdi, artıq tarif məsələsi öz həllini tapıb, şirkətlər qiymət məsələsində razılaşıb".