https://news.day.az/azerinews/1806054.html Spirtli içkilərin aksiz dərəcələri artırılır Azərbaycan Respublikasında istehsal olunan alkoqullu içkilər üzrə aksiz dərəcələri artırılacaq. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Spirtli içkilərin aksiz dərəcələri artırılır

Azərbaycanca, 29 декабря 2025 14:13 (UTC +04:00) 498
Spirtli içkilərin aksiz dərəcələri artırılır

Azərbaycan Respublikasında istehsal olunan alkoqullu içkilər üzrə aksiz dərəcələri artırılacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, içməli spirt (o cümlədən denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litrinə 0,2 manat artırılaraq 5,0 manat, burada nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) hər litrinə 0,1 manat artırılaraq 0,5 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости