Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılır

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının tutulma qaydası dəyişdiriləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faiz artırılmaqla 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.