Vergi uçotuna alınmadan qanunsuz sahibkarlıq fəaliyyətinə görə sanksiya artırılır
Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları artırılacaq.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir.
Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir.
Sənədə əsasən, yuxarıda göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 160 manat artırılaraq 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Yəni, vergi uçotuna alınmadan qanunsuz sahibkarlıq fəaliyyətinə görə tətbiq olunan 40 manat maliyyə sanksiyası 200 manata qaldırılacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре