https://news.day.az/azerinews/1812080.html
Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək
Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək. Day.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.
Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək
Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.
Day.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.
Onun sözlərinə görə, BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq.
Qeyd edək ki, COP17 bu il oktyabrın 18-30-da Ermənistanda keçiriləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре