https://news.day.az/azerinews/1812951.html Qışda edilən bu səhv ciddi problemə səbəb olur - Diqqət Qış aylarında çimdikdən dərhal sonra yaş saçla çölə çıxmaq saç və baş dərisi üçün ən zərərli vərdişlərdən biridir. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, duş zamanı saçın isti su ilə yuyulması nəticəsində baş dərisindəki damarlar genişlənir və temperatur yüksəlir.

Qışda edilən bu səhv ciddi problemə səbəb olur - Diqqət

Azərbaycanca, 31 января 2026 04:14 (UTC +04:00) 408
Qışda edilən bu səhv ciddi problemə səbəb olur

Qış aylarında çimdikdən dərhal sonra yaş saçla çölə çıxmaq saç və baş dərisi üçün ən zərərli vərdişlərdən biridir.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, duş zamanı saçın isti su ilə yuyulması nəticəsində baş dərisindəki damarlar genişlənir və temperatur yüksəlir. Bu vəziyyətdə birbaşa soyuq havaya çıxmaq, damarların kəskin şəkildə spazma uğramasına səbəb olur. Nəticədə qan dövranı pozulur, baş dərisi sürətlə soyuyur və bu da bir sıra sağlamlıq problemlərinə yol açır:

Baş ağrılarının artmasına,saç tökülməsinin güclənməsinə,kəpəyin yaranmasına, baş dərisinin qurumasına və qıcıqlanmasına səbəb ola bilər.

Bundan əlavə, yaş saçla soyuğa çıxmaq qrip və soyuqdəymə riskini də artırır.

Həkimlər qış aylarında duşdan sonra saçların tam qurudulmasını, mümkün olduqda ilik su ilə yuyulmasını və çölə çıxarkən baş geyimi istifadə etməyi tövsiyə edirlər. Bu sadə qaydalar saç sağlamlığını qorumağa və mövsümi problemlərin qarşısını almağa kömək edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости