Sürücü məsuliyyətsizliyi qəzaya səbəb oldu

Bakı-Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Day.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

Sürücünün diqqətsizliyi səbəbindən "Mercedes" markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.