https://news.day.az/azerinews/1821997.html Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb. Day.Az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb

Azərbaycanca, 13 марта 2026 18:25 (UTC +04:00) 515
Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb.

Day.Az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Görüş zamanı 13-cü Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində COP-a və iqlim gündəliyinə həsr olunmuş panel müzakirələrinin təşkil edilməsi təqdir edilib.

Azərbaycan ilə Türkiyə arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, iqlim dəyişiklikləri ilə mübarizə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) önəmi qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости