https://news.day.az/azerinews/1824838.html Rasim Balayevin cənazəsi ölkəyə gətirildi İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərhum aktyorun nəşini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Rasim Balayevin cənazəsi ölkəyə gətirildi

Azərbaycanca, 30 марта 2026 09:25 (UTC +04:00) 308
Rasim Balayevin cənazəsi ölkəyə gətirildi

İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərhum aktyorun nəşini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bir neçə saat sonra görkəmli sənətkarla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçiriləcək. Daha sonra o, I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, "Babək", "Nəsimi", "Beyrək" kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 yaşında dünyasını dəyişib. Ömrünün sonuna qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri işləyən Rasim Balayev "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости