https://news.day.az/azerinews/1841270.html
Azərbaycan və ABŞ investisiya layihələrini müzakirə ediblər
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında potensial investisiya layihələri müzakirə edilib. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib. "ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək ilə görüşməkdən məmnun olduq.
Azərbaycan və ABŞ investisiya layihələrini müzakirə ediblər
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında potensial investisiya layihələri müzakirə edilib.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək ilə görüşməkdən məmnun olduq.
Azərbaycan - ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq potensial investisiya layihələrini və İqtisadi Dialoq çərçivəsində təşəbbüslərin reallaşdırılması imkanlarını dəyərləndirdik.
Azərbaycanın investisiya prioritetləri, ABŞ-nin maliyyə institutları ilə birgə fəaliyyət imkanlarını müzakirə etdik", - paylaşımda qeyd edilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре