https://news.day.az/azerinews/1850051.html
Xətaidə evdən oğurluq edən şəxs saxlanılıb
Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Day.Az xəbər verir ki, polisə müraciət edən zərərçəkən yaşadığı evdən ümumi dəyəri 2000 manat olan qızıl-zinət əşyalarının və 800 ABŞ dolları məbləğində pulun oğurlandığını bildirib.
Xətaidə evdən oğurluq edən şəxs saxlanılıb
Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Day.Az xəbər verir ki, polisə müraciət edən zərərçəkən yaşadığı evdən ümumi dəyəri 2000 manat olan qızıl-zinət əşyalarının və 800 ABŞ dolları məbləğində pulun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Onun zərərçəkənin qohumu, 28 yaşlı L.Əhmədzadə olduğu məlum olub.
Araşdırma zamanı saxlanılan şəxsin qonaq olduğu evdən müəyyən vaxtlarda hissə-hissə oğurluq etdiyi müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре