https://news.day.az/azerinews/1851111.html Qarabağ suvarma kanalında bir nəfər batıb, axtarış aparılır - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Qarabağ suvarma kanalında bir nəfər batıb, axtarış aparılır - VİDEO

Azərbaycanca, 30 июля 2026 18:24 (UTC +04:00) 138
Qarabağ suvarma kanalında bir nəfər batıb, axtarış aparılır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

"Hazırda vətəndaş - 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости