https://news.day.az/azerinews/1854723.html Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib Azərbaycanın 3 güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanca, 18 августа 2026 19:04 (UTC +04:00) 98
Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 3 güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Yunan-Roma güləşində Ayxan Cavadov (60 kiloqram) 1/8 finalda fransalı Maqomed Varayevi 9:0, 1/4 finalda isə braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub edib. O, yarımfinalda iranlı Əmirəli Heydəri ilə qarşılaşacaq.

Elmin Əliyev (82 kiloqram) gürcüstanlı Luka Pipiya və yaponiyalı Rondo Kodamaya 8:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz 1/4 finalda özbəkistanlı Bekmurod Rustamovu ilk xal (1:1) prinsipinə əsasən üstələyib. İdmançı yarımfinalda belaruslu Kiril Valevski ilə üz-üzə gələcək.

Qadın güləşində isə Zəhra Kərimzadə (72 kiloqram) türkiyəli İlayda Çini "tuş"la məğlub edərək yarımfinala yüksəlib. O, final uğrunda hindistanlı Tanu Şarma ilə güləşəcək.

Esra Məmmədli (53 kiloqram) isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızına 1:7 hesabı ilə uduzub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости