https://news.day.az/azerinews/1854944.html Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO Bakı şəhərində fəaliyyət göstərən "İbrahim Tatlışiş" kabab evində at DNT-si aşkarlanıb. Day.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidməti məlumat yayıb.

Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO

Azərbaycanca, 19 августа 2026 18:49 (UTC +04:00) 96
Bakıda kabab evində at DNT-si aşkarlanıb

Bakı şəhərində fəaliyyət göstərən "İbrahim Tatlışiş" kabab evində at DNT-si aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama keçirilib:

"Yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb".

Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunub.

  • Bakıda kabab evində at DNT-si aşkarlanıb
  • Bakıda kabab evində at DNT-si aşkarlanıb
  • Bakıda kabab evində at DNT-si aşkarlanıb
  • Bakıda kabab evində at DNT-si aşkarlanıb
  • Bakıda kabab evində at DNT-si aşkarlanıb
  • Bakıda kabab evində at DNT-si aşkarlanıb
  • Bakıda kabab evində at DNT-si aşkarlanıb
  • Bakıda kabab evində at DNT-si aşkarlanıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости