https://news.day.az/azerinews/1864242.html İsrail və düşmən ölkələrin gəmiləri Hörmüzdən keçə bilməyəcək - İranlı deputat Strateji marşrutun təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəyi təqdirdə İsrailə, düşmən ölkələrə məxsus gəmilər və hərbi yük daşıyan nəqliyyat vasitələri Hörmüz boğazından keçə bilməyəcək. Day.Az xəbər verir ki, bu barədə İran Məclisinin (parlamentinin) Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Həsən Qaşqavi bildirib.

İsrail və düşmən ölkələrin gəmiləri Hörmüzdən keçə bilməyəcək - İranlı deputat

Azərbaycanca, 2 октября 2026 17:14 (UTC +04:00) 170
İsrail və düşmən ölkələrin gəmiləri Hörmüzdən keçə bilməyəcək

Strateji marşrutun təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəyi təqdirdə İsrailə, düşmən ölkələrə məxsus gəmilər və hərbi yük daşıyan nəqliyyat vasitələri Hörmüz boğazından keçə bilməyəcək.

Day.Az xəbər verir ki, bu barədə İran Məclisinin (parlamentinin) Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Həsən Qaşqavi bildirib.

"İsrailə və düşmən dövlətlərə məxsus gəmilər, həmçinin bizə qarşı hərbi əməliyyatlar həyata keçirən və ya hərbi yük daşıyan gəmilər Hörmüz boğazından keçə bilməyəcək", - deyə parlament komitəsinin nümayəndəsi "Tasnim"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, digər qeyri-düşmən dövlətlərin gəmiləri yeni qanunda müəyyən ediləcək qaydalara uyğun olaraq İran Silahlı Qüvvələrinin Baş Qərargahından keçid üçün xüsusi icazə almalı olacaqlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости