https://news.day.az/azerinews/1864842.html Azərbaycandan Yunanıstana neft ixracının həcmi 22 faiz artıb Azərbaycandan Yunanıstana neft ixracının həcmi 22 faiz artıb. Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-avqust aylarında Azərbaycandan Yunanıstana 182,8 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 284,4 min ton neft və neft məhsulları ixrac olunub.

Azərbaycandan Yunanıstana neft ixracının həcmi 22 faiz artıb

Azərbaycanca, 5 октября 2026 20:02 (UTC +04:00) 184
Azərbaycandan Yunanıstana neft ixracının həcmi 22 faiz artıb

Azərbaycandan Yunanıstana neft ixracının həcmi 22 faiz artıb.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-avqust aylarında Azərbaycandan Yunanıstana 182,8 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 284,4 min ton neft və neft məhsulları ixrac olunub.

Trend-in bu məlumatlar əsasında apardığı hesablamalara görə, dəyər ifadəsində bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 milyon ABŞ dolları və ya 41,7 faiz çoxdur. Həcm baxımından isə 52 min ton və ya 22,4 faiz artım qeydə alınıb.

Hesabat dövründə Yunanıstan Azərbaycan neftini idxal edən ölkələr arasında 10-cu yeri tutub.

 

Ötən ilin yanvar-avqust aylarında Azərbaycandan Yunanıstana 129 milyon dollar dəyərində 232,4 min ton bitumlu süxurlardan alınan neft və neft məhsulları ixrac edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycandan Yunanıstana 224,3 milyon dollar dəyərində 368,7 min ton, 2025-ci ildə isə 367,7 milyon dollar dəyərində 702,4 min ton bitumlu süxurlardan alınan neft və neft məhsulları ixrac edilib.

2024-2025-ci illərdə ixrac həm fiziki həcm, həm də dəyər ifadəsində əhəmiyyətli artım nümayiş etdirib. Tədarük həcmi 368,7 min tondan 702,4 min tona, yəni 1,9 dəfə artıb. İxracın dəyəri isə 224,3 milyon dollardan 367,7 milyon dollara yüksələrək 1,6 dəfə artıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости