https://news.day.az/azerinews/1864948.html Zirə ETSİ ərazisində ilin sonunadək 11 yeni güc mərkəzi yaradılacaq - VİDEO Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində 2026-cı ilin sonunadək 11 yeni güc mərkəzinin yaradılması nəzərdə tutulub. Day.Az xəbər verir ki, "Azərişıq" ASC-nin məlumatına görə, onlardan 5-i artıq tam quraşdırılıb və şəbəkəyə qoşulmağa hazır vəziyyətə gətirilib.

Zirə ETSİ ərazisində ilin sonunadək 11 yeni güc mərkəzi yaradılacaq - VİDEO

Azərbaycanca, 6 октября 2026 12:30 (UTC +04:00) 184
Zirə ETSİ ərazisində ilin sonunadək 11 yeni güc mərkəzi yaradılacaq

Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində 2026-cı ilin sonunadək 11 yeni güc mərkəzinin yaradılması nəzərdə tutulub.

Day.Az xəbər verir ki, "Azərişıq" ASC-nin məlumatına görə, onlardan 5-i artıq tam quraşdırılıb və şəbəkəyə qoşulmağa hazır vəziyyətə gətirilib. İşlər abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına, enerji itkilərinin azaldılmasına yönəlib.

Yenidənqurma çərçivəsində Qala qəsəbəsinin Xaşaxuna bağları yaşayış massivində 250 kVA gücündə yeni komplekt transformator məntəqəsi quraşdırılıb. Ərazidə 6 kV-luq yeraltı kabel xətləri və 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqillər çəkilir, dayaqlar yenilənir.

Türkan qəsəbəsinin bir sıra yaşayış ərazilərində də elektrik şəbəkəsi yenidən qurulur, müxtəlif gücdə transformator məntəqələri quraşdırılır və sayğaclar dəyişdirilir.

İşlər Pirallahı və Dübəndi yaşayış məntəqələrini də əhatə edir. Pirallahıda yeni SMS tipli sayğaclar quraşdırılıb, müasir güc mərkəzləri yaradılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости