https://news.day.az/azerinews/1872131.html Bakıda bəzi ərazilərdə işıq sönəcək Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 5-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində təmir-təftiş işləri aparılacaq.

Bakıda bəzi ərazilərdə işıq sönəcək

Azərbaycanca, 5 ноября 2026 09:16 (UTC +04:00) 203
Bakıda bəzi ərazilərdə işıq sönəcək

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 5-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində təmir-təftiş işləri aparılacaq.

Bu barədə Day.Az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsi, Moskva prospekti və Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonunda Əli Vəliyev küçəsi və Qara Qarayev prospektinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости