https://news.day.az/azerinews/1872439.html Yeraltı dayanacaqdan çıxan avtomobil qadını vurub Bakının Yasamal rayonunda avtomobilin vurduğu qadın xəstəxanada ölüb. Day.Az xəbər verir ki, hadisə noyabrın 5-də saat 18:30 radələrində Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən hündürmərtəbəli binanın yeraltı dayanacağının çıxışında baş verib.

Yeraltı dayanacaqdan çıxan avtomobil qadını vurub

Azərbaycanca, 6 ноября 2026 10:46 (UTC +04:00) 241
Yeraltı dayanacaqdan çıxan avtomobil qadını vurub

Bakının Yasamal rayonunda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

Day.Az xəbər verir ki, hadisə noyabrın 5-də saat 18:30 radələrində Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən hündürmərtəbəli binanın yeraltı dayanacağının çıxışında baş verib.

Belə ki, 1958-ci il təvəllüdlü bina sakini Həsən Seyidbəyov idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobillə dayanacaqdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Sadıqovanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости