https://news.day.az/azerinews/1872609.html Orqanizmdə daş yaranan 4 nahiyə: Bəziləri ciddi fəsadlara səbəb ola bilər Daşlar yalnız böyrəklərdə deyil, öd kisəsi və öd yollarında, tüpürcək vəzilərində, eləcə də prostat vəzində əmələ gələ bilər.

Orqanizmdə daş yaranan 4 nahiyə: Bəziləri ciddi fəsadlara səbəb ola bilər

Azərbaycanca, 7 ноября 2026 02:14 (UTC +04:00) 315
Orqanizmdə daş yaranan 4 nahiyə:

Daşlar yalnız böyrəklərdə deyil, öd kisəsi və öd yollarında, tüpürcək vəzilərində, eləcə də prostat vəzində əmələ gələ bilər.

Day.Az xəbər verir ki, həkim-qastroenteroloq Olqa Patyukovanın sözlərinə görə, duzların və digər maddələrin toplanaraq kristallaşması nəticəsində yaranan daşlar iltihaba və orqanların fəaliyyətinin pozulmasına səbəb ola bilər.

Mütəxəssis bildirir ki, bu prosesə kifayət qədər su qəbul edilməməsi, mayenin durğunluğu, infeksiyalar və maddələr mübadiləsinin pozulması təsir göstərə bilər. Xüsusilə tüpürcək vəzilərində yaranan daşlar tüpürcəyin axınını çətinləşdirərək iltihab, abses və digər ciddi fəsadlara yol aça bilər. Kiçik daşlar da axarlarda ilişib qalaraq təhlükə yarada bilər.

Şübhəli əlamətlər müşahidə olunduqda həkimə müraciət etmək vacibdir. Diaqnoz üçün ultrasəs, rentgen, kompüter tomoqrafiyası və MRT müayinələrindən istifadə edilir. Müalicə daşın ölçüsündən və yerləşdiyi nahiyədən asılı olaraq dəyişir, bəzi hallarda isə onun çıxarılması tələb olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости