https://news.day.az/azerinews/1872681.html Bu ölkə orduda qadın hərbçilərin sayı artırılacaq Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverdə qadın hərbçilərin sayının artırılması istiqamətində tədbirlərin gücləndiriləcəyini açıqlayıb. Day.Az-ın xarici mediaya istinadən məlumatına görə, o bildirib ki, qadınların hərbi xidmətə müraciətlərində artım olsa da, mövcud göstəricilər yetərli deyil.

Bu ölkə orduda qadın hərbçilərin sayı artırılacaq

Azərbaycanca, 7 ноября 2026 09:07 (UTC +04:00) 151
Bu ölkə orduda qadın hərbçilərin sayı artırılacaq

Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverdə qadın hərbçilərin sayının artırılması istiqamətində tədbirlərin gücləndiriləcəyini açıqlayıb.

Day.Az-ın xarici mediaya istinadən məlumatına görə, o bildirib ki, qadınların hərbi xidmətə müraciətlərində artım olsa da, mövcud göstəricilər yetərli deyil.

Bu məqsədlə Müdafiə Nazirliyi qadınların orduya cəlb edilməsi üçün xüsusi kadr bölməsi yaradıb. Pistorius, həmçinin ötən il Bundesverdə cinsi toxunulmazlığa qarşı təxminən 460 ehtimal olunan hüquq pozuntusunun qeydə alındığını bildirib.

Hazırda Almaniya Silahlı Qüvvələrində 25,5 minə yaxın qadın xidmət edir. Bu, ümumi hərbi qulluqçuların 14 faizini təşkil edir. Ordunun mülki heyətində isə qadınların payı təxminən 40 faizdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости