https://news.day.az/azerinews/1872718.html Heydər Əliyev Beynəlxalq Aeroportunda Zəfər Günü ərəfəsində tədbir keçirilib - FOTO Heydər Əliyev Beynəlxalq Aeroportu və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə şəhid övladları üçün xüsusi tədbir keçirilib. Day.Az xəbər verir ki, aeroportun Terminal 1-də yerləşən əyləncə zonasında 16 şəhid övladı bir araya gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Zəfər Günü ərəfəsində tədbir keçirilib - FOTO

Azərbaycanca, 7 ноября 2026 10:38 (UTC +04:00) 236
Heydər Əliyev Beynəlxalq Aeroportunda Zəfər Günü ərəfəsində tədbir keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportu və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə şəhid övladları üçün xüsusi tədbir keçirilib.

Day.Az xəbər verir ki, aeroportun Terminal 1-də yerləşən əyləncə zonasında 16 şəhid övladı bir araya gəlib.

Onlar üçün müxtəlif oyunlar, yarışlar və əyləncəli fəaliyyətlərdən ibarət proqram hazırlanıb.

Uşaqlar animatorların təşkil etdiyi oyunlarda iştirak edib, sehrbaz şousunu izləyib və stolüstü oyunlarla əyləniblər. Proqram onların birlikdə maraqlı vaxt keçirməsinə və xoş xatirələr qazanmasına şərait yaradıb.

Bu təşəbbüs Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın və onların övladlarına göstərilən diqqət və qayğının ifadəsi olub.

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda Zəfər Günü ərəfəsində tədbir keçirilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости