https://news.day.az/azerinews/1872727.html “Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb "Çıraq" platformasından indiyədək 108 milyon tona yaxın neft hasil edilib. Day.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, Azərbaycan neft sənayesilnin simvollarından sayılan "Çıraq" platformasından ilk neft hasilatına başlanılmasından 29 il ötür.

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

Azərbaycanca, 7 ноября 2026 10:56 (UTC +04:00) 231
“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

"Çıraq" platformasından indiyədək 108 milyon tona yaxın neft hasil edilib.

Day.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan neft sənayesilnin simvollarından sayılan "Çıraq" platformasından ilk neft hasilatına başlanılmasından 29 il ötür.

Bildirilib ki, istismara veriləndən 01 noyabr 2026-cı il tarixinədək platformadan 107,8 milyon ton neft və 25 milyard kubmetr qaz hasil edilib.

Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 120 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma AÇG yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.

Çıraq obyektlərinə aşağıdakılar daxildir:

* Suvurma avadanlığı olan 24 quyu gövdəsinə HQY platforması
* Səngəçal qəbul terminalınadək 176 km uzunluğunda 24 düymlük neft kəməri
* Neft Daşlarınadək 48 km uzunluğunda 16 düymlük qaz kəməri
* Mərkəzi Azəri Kompressor və Suvurma platformasına qədər 12 km uzunluğunda 18 düymlük qaz kəməri

Çıraq platformasından 2026-cı ilin birinci yarısında ümumi hasilat gündə orta hesabla 19 300 barel təşkil edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости