https://news.day.az/azerinews/1872750.html Velosiped sürə bilməyən 62 yaşlı kişi qəza edib - Ölüb - VİDEO Noyabrın 6-sı, saat 22:00 radələrində Ağdaş rayonu,  Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi Vasif Həbilovu vurub.

Velosiped sürə bilməyən 62 yaşlı kişi qəza edib - Ölüb - VİDEO

Azərbaycanca, 7 ноября 2026 11:53 (UTC +04:00) 191
Velosiped sürə bilməyən 62 yaşlı kişi qəza edib

Noyabrın 6-sı, saat 22:00 radələrində Ağdaş rayonu,  Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi Vasif Həbilovu vurub.

Day.Az xəbər verir ki, işıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn "Mercedes" markalı avtomobil onun üzərindən keçib.

Velosipdçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə 62 yaşlı V.Həbilovun velosiped idarə etmək üzrə vərdişləri olmayıb, lakin o, həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini sözügedən faciəli hadisədən düzgün nəticə çıxarmağa, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində hərəkət edərkən işıq cihazlarını işlək vəziyyətdə saxlamağa, işıqqaytarıcı elementlərin yerində olmasına və təmizliyinə nəzarət etməyə, yolun sağ kənar zolağı ilə getməyə, sürmə vərdişləri olmadığı halda yaşayış zonalarından kənara çıxmamağa çağırır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости