https://news.day.az/azerinews/1872758.html Toyuq əti bahalaşdı - Satıcılar səbəbi AÇIQLADI - VİDEO Payız mövsümündə toyuq və digər ev quşlarına tələbat artır. Ucar bazarında kənd toyuğunun qiyməti ötən illə müqayisədə üç dəfə bahalaşaraq kiloqramı 15 manata qədər yüksəlib. Day.Az xəbər verir ki, alıcıların sözlərinə görə, kənd toyuğuna üstünlük verilməsinin əsas səbəbi onun dadı və keyfiyyətidir.

Toyuq əti bahalaşdı - Satıcılar səbəbi AÇIQLADI - VİDEO

Azərbaycanca, 7 ноября 2026 12:05 (UTC +04:00) 153
Toyuq əti bahalaşdı

Payız mövsümündə toyuq və digər ev quşlarına tələbat artır. Ucar bazarında kənd toyuğunun qiyməti ötən illə müqayisədə üç dəfə bahalaşaraq kiloqramı 15 manata qədər yüksəlib.

Day.Az xəbər verir ki, alıcıların sözlərinə görə, kənd toyuğuna üstünlük verilməsinin əsas səbəbi onun dadı və keyfiyyətidir. Broyler daha tez bişsə də, dad baxımından kənd toyuğunu əvəz etmir.

Satıcılar bildirirlər ki, kənd toyuqlarının qiyməti çəkisinə və yaşına görə dəyişir. Kiçik cücələr 5-7, iri toyuqlar isə 10-15 manata təklif olunur. Broyler məhsulları isə daha ucuzdur. Tovuz bazarında isə vəziyyət nisbətən fərqlidir. Alıcıların sözlərinə görə, kənd toyuqlarının qiyməti əvvəlki 12-13 manatdan 9-10 manata düşüb. Cücələrin qiymətində də müəyyən ucuzlaşma müşahidə olunur.

Satıcılar qiymətlərin münasib olmasına baxmayaraq, alıcılıq qabiliyyətinin zəiflədiyini və satışın aşağı düşdüyünü deyirlər. Alıcılar kənd toyuğunu əsasən görünüşünə, ayaqlarının və tüklərinin rənginə, eləcə də ətinin quruluşuna görə seçirlər. Beləliklə, kənd toyuğu ilə broyler arasında seçimdə həm dad və keyfiyyət, həm də qiymət əsas rol oynayır.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости