https://news.day.az/azerinews/1872802.html Ən faydalı zeytun növü açıqlandı: Nə qara, nə də yaşıl! Zeytunun sağlamlığa faydası onun rəngindən çox, yetişmə mərhələsindən və emal üsulundan asılıdır. Mütəxəssislərin bildirdiyinə görə, yaşıldan qaraya keçid dövründə, yəni alaca və bənövşəyimtil mərhələdə yığılan zeytunlar antioksidant və polifenollarla daha zəngin ola bilər.

Ən faydalı zeytun növü açıqlandı: Nə qara, nə də yaşıl!

Azərbaycanca, 8 ноября 2026 06:48 (UTC +04:00) 207
Ən faydalı zeytun növü açıqlandı:

Zeytunun sağlamlığa faydası onun rəngindən çox, yetişmə mərhələsindən və emal üsulundan asılıdır. Mütəxəssislərin bildirdiyinə görə, yaşıldan qaraya keçid dövründə, yəni alaca və bənövşəyimtil mərhələdə yığılan zeytunlar antioksidant və polifenollarla daha zəngin ola bilər.

Day.Az xəbər verir ki, tam yaşıl zeytunlar acılığının aradan qaldırılması üçün emaldan keçirilə, tam yetişmiş qara zeytunlarda isə bəzi faydalı birləşmələr azala bilər. Buna görə də süni şəkildə qaraldılmış, çox emal olunmuş məhsullar əvəzinə təbii fermentasiya edilmiş zeytunlara üstünlük verilməsi tövsiyə olunur.

Mütəxəssislər təbii və az emal edilmiş alaca zeytunun qidalanmada faydalı seçim olduğunu bildirirlər. Tərkibindəki faydalı birləşmələr ürək-damar sağlamlığını dəstəkləyə bilər. Bununla belə, zeytunun duz miqdarına da diqqət yetirmək vacibdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости