https://news.day.az/azerinews/1872998.html Prezident İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb Azərbaycan xalqı işğal dövründə heç vaxt torpaqların işğalı ilə barışmaq niyyətində olmayıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.

Prezident İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb

Azərbaycanca, 8 ноября 2026 12:33 (UTC +04:00) 263
Prezident İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb

Azərbaycan xalqı işğal dövründə heç vaxt torpaqların işğalı ilə barışmaq niyyətində olmayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, işğal dövründə müxtəlif tədbirlərdə Azərbaycanın bu vəziyyətlə barışmayacağını dəfələrlə açıq şəkildə bəyan edib.

"Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Və işğal dövründə dəfələrlə mən müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq", - Prezident İlham Əliyev bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın arxasında dayanan ölkələr Azərbaycanı işğalla barışdırmağa çalışır, münaqişənin hərbi həllinin olmadığını bildirirdilər.

"Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələrdən çıxırdılar. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi", - dövlət başçısı vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости