https://news.day.az/azerinews/1873015.html MHP Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO - VİDEO Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edib. Bu barədə MHP-nin sosial şəbəkə hesablarında paylaşım edilib. "8 noyabr 2020-ci il Qarabağ Zəfəri mübarək olsun.

MHP Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO - VİDEO

Azərbaycanca, 8 ноября 2026 13:08 (UTC +04:00) 246
MHP Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edib.

Bu barədə MHP-nin sosial şəbəkə hesablarında paylaşım edilib.

"8 noyabr 2020-ci il Qarabağ Zəfəri mübarək olsun. Qarabağ Zəfərinin 6-cı ildönümündə əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk" - deyə paylaşımda qeyd olunub.

"8 Noyabr Azərbaycan Zəfər Günü mübarək olsun" başlığı ilə edilən videolu paylaşımda isə MHP rəhbəri Dövlət Baxçalının "Qarabağ Türkdür, Qarabağ azaddır, Qarabağ Azərbaycandır. Qarabağ Türkün poladdan biləyidir. İki dövlət, bir millətik. İki ayrı bədəndə eyni canıq. Biz Türk millətiyik" sözlərinə yer verilib.

  • MHP Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
  • MHP Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости