8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil edilib - VİDEO
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən Zəfər Gününə həsr olunmuş fləş-mob keçirilib. Fləş-mobda Azərbaycan Könüllülərinin iştirakı ilə Zəfər abidəsi əks olunub.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fləş-mobun məqsədi 8 Noyabr - Zəfər Gününün tarixi əhəmiyyətini və xalqımızın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin təbliğ etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, həmçinin Azərbaycan Könüllülərinin Vətənə sevgi və dövlətçilik dəyərlərinə sadiqliyini nümayiş etdirmək olub.
Daha ətraflı videomaterialda izləyə bilərsiniz:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре