Xocavənd, Zəngilan və Cəbrayıla 83 ailə köçürülüb - FOTO
İşğaldan azad edilmiş ərazilərə növbəti köç prosesi başa çatıb. Noyabrın 17-də yola salınan köç karvanları Xocavənd, Zəngilan və Cəbrayıl rayonlarına çatıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə Xocavənd şəhərində 36 ailə (140 nəfər), rayonun Quzeyxırman kəndində 12 ailə (45 nəfər), Zəngilan rayonunun Cahangirbəyli kəndində 20 ailə (84 nəfər), Cəbrayıl rayonunun Soltanlı kəndində isə 17 ailə (74 nəfər) məskunlaşıb.
Yeni sakinlərə ayrılmış mənzillərin açarları təqdim olunub.
Açarların təqdim edilməsi mərasimlərində müvafiq rayonlar üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре