https://news.day.az/azerinews/1875192.html Musiqi əfsanəsinin dəri gödəkçəsi 8,5 milyon dollara satılır Amerikalı müğənni Maykl Ceksonun 100-dən çox şəxsi əşyası, o cümlədən 1986-cı ildə qazandığı American Music Awards mükafatının heykəlciyi "Julien's Auctions" hərrac evində satışa çıxarılıb. Day.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Musiqi əfsanəsinin dəri gödəkçəsi 8,5 milyon dollara satılır

Azərbaycanca, 18 ноября 2026 11:59 (UTC +04:00) 282
Musiqi əfsanəsinin dəri gödəkçəsi 8,5 milyon dollara satılır

Amerikalı müğənni Maykl Ceksonun 100-dən çox şəxsi əşyası, o cümlədən 1986-cı ildə qazandığı American Music Awards mükafatının heykəlciyi "Julien's Auctions" hərrac evində satışa çıxarılıb.

Day.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hərrac evinin saytında yer alan son məlumatlara görə, ən yüksək qiymətləndirilən lot 1983-cü ildə çəkilmiş "Thriller" klipində istifadə olunan qırmızı dəri gödəkçədir. Hazırda həmin lot üzrə ən yüksək təklif 8,5 milyon dollar təşkil edir.

American Music Awards mükafatının heykəlciyi üçün isə 30-dan çox təklif verilib və son təklif 7 min dollar olub. Ümumilikdə, hərracda 110 lot üzrə satış keçirilir. Onların əsas hissəsini müğənninin səhnə geyimləri, kliplərində istifadə olunan paltarlar və müxtəlif aksesuarlar təşkil edir.

Hərrac dekabrın 7-dən 9-dək Əbu-Dabidə keçiriləcək "Julien's Celebrity & Pop Culture Experience" proqramının bir hissəsidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости