Bakıda İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək. Tədbirdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişaf istiqamətləri və gələcək perspektivləri müzakirə olunacaq.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, forumda "Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər" mövzusunda fikir mübadiləsi aparılacaq.
Tədbir çərçivəsində Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planının ("Yol xəritəsi") imzalanması nəzərdə tutulur.
Bundan başqa, forum çərçivəsində iki ölkənin parlamentlərarası əməkdaşlıq komissiyasının ilk iclası da keçiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре