https://news.day.az/azerinews/1876879.html Azərbaycan XİN Türkiyəyə helikopter qəzası ilə bağlı başsağlığı verib Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Eskişehir şəhərində baş verən helikopter qəzası ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib. Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib. "Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib.

Azərbaycan XİN Türkiyəyə helikopter qəzası ilə bağlı başsağlığı verib

Azərbaycanca, 24 ноября 2026 23:30 (UTC +04:00) 429
Azərbaycan XİN Türkiyəyə helikopter qəzası ilə bağlı başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Eskişehir şəhərində baş verən helikopter qəzası ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib.

Baş vermiş hadisə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və helikopterdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Hadisədən zərər çəkən hər kəsə və onların yaxınlarına bu çətin məqamda səbir və dözüm diləyirik."

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости