Bu xəstəliyə görə həyəcan təbili çalındı - Belə əlamətlər varsa nə etməlisiniz? - VİDEO
Öskürək, boğaz ağrısı, burun tutulması və halsızlıq kimi şikayətlər son günlər artıb. Xüsusilə məktəblərdə və kollektiv mühitlərdə yoluxma hallarının çoxaldığı bildirilir. Vətəndaşlar arasında bu vəziyyətin yeni epidemiya təhlükəsi yaradıb-yaratmayacağı ilə bağlı narahatlıq var.
Day.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, hazırda mövsümi qrip, adenovirus və koronavirus da daxil olmaqla müxtəlif respirator viruslar yayılır.
Yoluxma hallarının artmasına məktəb və bağçaların fəaliyyətə başlaması, havaların soyuması və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi təsir göstərir. Mütəxəssislər qripdən qorunmaq üçün oktyabr-noyabr aylarında peyvənd olunmağı tövsiyə edirlər.
Mütəxəssislər yüksək hərarət, kəskin halsızlıq, nəfəs darlığı və güclü öskürək zamanı həkimə müraciət etməyin vacibliyini vurğulayırlar. TƏBİB-dən isə bildirilib ki, hazırda konkret bir virusun geniş yayılmasını təsdiqləyən məlumat yoxdur. Qurum payız-qış mövsümündə respirator xəstəliklərin artmasının adi hal olduğunu qeyd edib.
Ətraflı "ATV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре