https://news.day.az/azerinews/1877475.html Vergi ödəyicilərinin kommersiya sirri ilə bağlı müddəa ləğv edilir Vergi ödəyiciləri haqqında kommersiya sirri təşkil edən məlumatların sorğu əsasında İqtisadiyyat Nazirliyinə verilməsinə dair müddəa ləğv ediləcək.

Vergi ödəyicilərinin kommersiya sirri ilə bağlı müddəa ləğv edilir

Azərbaycanca, 27 ноября 2026 10:08 (UTC +04:00) 284
Vergi ödəyicilərinin kommersiya sirri ilə bağlı müddəa ləğv edilir

Vergi ödəyiciləri haqqında kommersiya sirri təşkil edən məlumatların sorğu əsasında İqtisadiyyat Nazirliyinə verilməsinə dair müddəa ləğv ediləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar.

Yuxarıdakı abzasda göstərilən vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı aşağıdakı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər:

səlahiyyətlərinin icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma).
Bu müddəa vergi ödəyiciləri haqqında kommersiya (vergi) sirri təşkil edən məlumatların sorğu əsasında səlahiyyətlərinin icrası ilə əlaqədar Çağrı Mərkəzi qismində İqtisadiyyat Nazirliyinə verilməsini nəzərdə tutur.

Layihədə bildirilib ki, Çağrı Mərkəzinin fəaliyyətinin Dövlət Vergi Xidmətinin fəaliyyəti (strukturu) daxilində təşkil edilməsi nəzərdə tutulduğundan müvafiq normanının mövcudluğuna zərurət qalmır və ləğvi təklif edilir.

Belə ki, vergi orqanlarının, o cümlədən onun strukturuna daxil olan qurumların vəzifəli şəxslərinin sirr təşkil edən məlumatları əldə etməsi Vergi Məcəlləsinin digər maddəsi ilə tənzimlənir.

Həmin maddəyə əsasən, vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi var. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости