https://news.day.az/azerinews/1877522.html Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürüb - İşçi qrup yaradılıb Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə tələbələrin sosial mediada təhsil müəssisəsinin C bloku ilə bağlı müraciətini nəzarətə götürüb. Day.Az xəbər verir ki, rektor bu barədə özünün sosial şəbəkə hesabında məlumat verib.

Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürüb - İşçi qrup yaradılıb

Azərbaycanca, 27 ноября 2026 11:37 (UTC +04:00) 268
Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə tələbələrin sosial mediada təhsil müəssisəsinin C bloku ilə bağlı müraciətini nəzarətə götürüb.

Day.Az xəbər verir ki, rektor bu barədə özünün sosial şəbəkə hesabında məlumat verib.

"Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir. Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm", - o qeyd edib.

BDU rektorunun sözlərinə görə, yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək niyyətindədir.

"Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir", - o bildirib.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) C korpusunda təhsil alan tələbələr sosial şəbəkə vasitəsilə tədris prosesinə mane olan səs-küy problemi ilə bağlı universitetin rektoru Məleykə Abbaszadəyə müraciət ediblər.

Tələbələr müraciətlərində bildiriblər ki, BDU-nun C korpusunda magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəsabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur. Onların sözlərinə görə, bu vəziyyət tələbələrin dərs zamanı diqqətini yayındırır və tədrisin keyfiyyətinə mənfi təsir göstərir.

"Biz ixtisas seçimi edərkən o akademik mühiti bildik və bu səbəbdən həmin ixtisası seçmişdik. Lakin hal-hazırda təhsil aldığımız BDU C korpusundakı vəziyyət qətiyyən ürəkaçan deyil. Çünki bir tərəfdən magistral yolun səsi, bir tərəfdən qəsabxana və maşın yuma yeri diqqətimizi pozur və dərsimizin keyfiyyəti düşür.

3-4 aydır güclə dözürük buna, amma inşallah, Məleykə xanım bizim səsimizi duyar və problemimizə çarə tapar", - deyə mürciətdə bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости