https://news.day.az/azerinews/1877576.html Dünyanın havası ən çox çirklənən şəhərləri - TOP 10 Dünyanın havası ən çox çirklənən şəhərləri açıqlanıb. Day.Az xəbər verir ki, "IQAir"in məlumatına görə, hazırda dünyada havası ən çox çirklənən şəhərləri sırasında ilk pilləni Monqolustan paytaxtı Ulan-Bator tutur.

Dünyanın havası ən çox çirklənən şəhərləri - TOP 10

Azərbaycanca, 27 ноября 2026 13:55 (UTC +04:00) 132
Dünyanın havası ən çox çirklənən şəhərləri

Dünyanın havası ən çox çirklənən şəhərləri açıqlanıb.

Day.Az xəbər verir ki, "IQAir"in məlumatına görə, hazırda dünyada havası ən çox çirklənən şəhərləri sırasında ilk pilləni Monqolustan paytaxtı Ulan-Bator tutur. İlk onluqda Kəlküttə (Hindistan), Dehli (Hindistan), Lahor (Pakistan), Dəkkə (Banqladeş), Bişkek (Qırğızıstan), Daşkənd (Özbəkistan), Əl-Küveyt (Küveyt), Pekin (Çin) və Manama (Bəhreyn) qərarlaşıb.

Bu şəhərlərdə havanın keyfiyyəti indeksi (AQI) Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi illik orta normadan dəfələrlə çoxdur.

Havanın əsas çirkləndiricisi olan PM 2.5 hissəcikləri ağciyərlərin dərinliklərinə nüfuz edərək ürək-damar və tənəffüs sistemi xəstəlikləri riskini artırır.

IQAir mütəxəssisləri sakinlərə açıq havada fiziki fəaliyyətdən çəkinməyi, qoruyucu maskalardan və qapalı məkanlarda hava təmizləyicilərindən istifadə etməyi tövsiyə edirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости