Təhqiqat Şöbəsini yol polisindən aldılar

Day.Az представляет новость на азербайджанском языке

----------
20:01

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik baş verib.

Day.Az-ın avtosfer.az-a istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsi DYP-dən ayrılıb. Şöbə bundan sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olacaq. DYP-dən ayrılan şöbə bundan sonra DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi adlanacaq. Məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev təsdiqləyib.

----------
17:05

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsinə yeni baş müstəntiq təyin edilib.

Day.Az lent.az-a istinadən bildirir ki, Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəisi Vüqar Əhədov BDYPİ-də baş müstəntiq vəzifəsinə təyin edilib.

Qeyd edək ki, BDYPİ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Hikmət Kərimov mayın 3-də sərəncama göndərilib. Afn.az saytında H.Kərimovun bir vaxtlar mühacir həyatı yaşaması barədə məlumat yayıldıqdan sonra onun barəsində xidməti araşdırmanın aparıldığı bildirilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.