Allergik rinit ilə necə mübarizə aparmalı?

Day.Az представляет новость на азербайджанском языке
Bir çox insanda mövsümü problemlər var. Əgər siz də yaz mövsümünə allergiyası olanlardansınızsa aşağıdakı məlumatlar sizin üçün maraqlı ola bilər.
Allergik rinit nədir?
Day.Az saglam.az-a istinadən bildirir ki, normal halda bizi xəstəliklərdən qoruyan immun sistemi bəzi insanlarda zərərli olmayan bir qrup maddələrə anormal bir reaksiya verir. Allergiya sözünün latincadan tərcüməsi də "qeyri-adi, anlaşılmaz, anormal" deməkdir.
Allergik rinit burunun selikli qişasının allerjenlərə qarşı qeyri-adi reaksiyasıdır ki, mövsumi olaraq allergenlərlə kontaktda daha kəskin özünü göstərir.
SİMPTOMLARI
- Burunda qaşıntı
- Asqırma
- Burun axıntısı
- Burun tıxanıqlığı
Gözlərin sulanması, həyat keyfiyyətinin aşağı düşməsi, baş ağrısı əlavə oluna bilər.
Bu xəstələr müayinə olunmalı və burun tıxanıqlığının səbəbi araşdırılmalıdır-burunda polip və ya böyümüş burun balıq qulaqları və s.
Allergik rinit olan xəstələrin 20-40%-ində astma rast gəlinir. Buna görə diaqnoz qoyularkən yalnız üst tənəffüs yolu yox,bununla yanaşı alt tənəffüs yolu da yoxlanılmalıdır.
MÜALİCƏ
1. Allergendən yanınmaq
2. Dərman müalicəsi
a) Ağızdan antihistaminik dərmanlar (iltihabı önləyənlər)
b) burundan sıxılan hormonal spreylər
Xüsusilə bunlar həkim göstərişi ilə həkimin təyin etdiyi dozada və müddətdə təyin olunmalıdır.Əks halda asılılıq halı törədirlərş
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре