Günel sevgilisi haqda: "Ailəsi mənə dəstək olur"

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova sevgilisindən danışıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, "TV360"da yayımlanan "Her şey dahil" verilişinə qonaq olan ifaçı ailəsinin bu münasibəti dəstəklədiyini söyləyib:

"Hər bir gənc qızın xəyalında gəlinlik geyinmək var. Həyatımda biri var. Ailəm yanımdadır, məni dəstəkləyir. Onun da ailəsi mənə dəstək olur. Böyük bir ailəyik. Danışırıq, dərdləşirik, birlikdə ağlayırıq. Musiqiçi deyil. 

Sevgilimi İbrahim Tatlısəsin yanına əl öpməyə aparacağam. Toy olacaq".

Qeyd edək ki, G.Zeynalova Cem Ozan Torunlar adlı şəxslə sevgilidir. Cütlük birlikdə pizza evi açıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.