Azərbaycanda çəkilən bu görüntülər sizi şoka salacaq - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Adətən sərnişin daşımaqda istifadə edilən bu avtomobil müəyyən olunan istiqamətin əksinə hərəkət edir.
Hətta qayda pozuntusuna baxmayaraq yolun kənarı ilə də deyil, əsas hərəkət zolaqlarının biri ilə hərəkətinə davam edir.
Day.Az bildirir ki, görüntülər Bakı-Salyan yolunda mobil telefonla çəkilib. Görüntülərdə minik avtomobili sürücüsünün özünü və qarşıdan gələn avtomobildəki insanları necə təhlükəyə atdığı əks olunub.
Ekspert Ərşad Hüseynov bildirir ki, bu cür hərəkət həm qanunla qadağan, həm də olduqca təhlükəlidir.
Onu da qeyd edək ki, Bakı-Salyan yolunda geriyə dönmələr bir neçə kilometrdən bir qoyulduğundan sürücülər vaxta və məsafəyə qənaət etmək üçün bu üsula əl atırlar. Bu isə dəhşətli qəzaların yaşanmasına səbəb ola bilər. /xezerxeber.az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре