Bakının bazarında DAVA: qadın kişini döydü - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Başqa satıcıdan mal alan qadın başının arxasından qəfil zərbə alır. Niyə vurulduğunu anlmaayan alıcı ikinci yumruqla qarşılaşır. Kənardan baxan digər şəxslər isə mübahisə edənləri aralamağa çalışsalar da, mübahisə daha da böyüyür.
Mübahisə etdiyinin qadın olmasına fikir verməyən satıcı isə ard-arda yumruqlar atmağa çalışır. Bu zaman isə qadının cavab zərbəsi ilə bir anda yerə yıxılır.
Görüntülər Bakıdakı bazarların birində lentə alınıb. Day.Az bildirir ki, mübahisənin nədən yarandığı bilinməsə də, davaya səbəb satıcının alıcını yumruqla vurmasından baş verdiyi aşkar görünür.
Bəs son zamanlar satıcı-alıcı arasında yaranan mübahisələrin artmasına səbəb nədir? Alıcılar satıcıların bəzi hallarda onlara kələk gəlməyə çalışdığını, mübahisələrin daha çox bundan yarandığını deyirlər.
Satıcılar isə deyilənlərlə razılaşmır. Onların sözlərinə görə çox vaxt problem yaratmağa alıcılar meyilli olur.
Qeyd edək ki, video ictimailəşdiyindən hadisə ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır. /xezerxeber.az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре