https://news.day.az/azerinews/947947.html 9 yaşlı uşaq iş görüşməsinə çağırıldı

9 yaşlı uşaq iş görüşməsinə çağırıldı

Azərbaycanca, 6 ноября 2017 00:46 (UTC +04:00) 967
9 yaşlı uşaq iş görüşməsinə çağırıldı

Day.Az представляет новость на азербайджанском языке

Ötən yay kifayət qədər transfer edən "Everton" Premyer Liqa və Avroliqada uğursuz çıxış edir. Oktyabrın 23-də baş məşqçi Ronald Kumanın istefası da Liverpul klubuna müsbət dəyişiklik gətirmədi. Day.Az goal.az-a istinadən xəbər verir ki, bu gedişi klubun 9 yaşlı azarkeşi Metyu dayandırmaq qərarına gəlib. O, "Everton"un prezidenti Bill Kernrayta məktub yazaraq müvəqqəti baş məşqçi olmaq istəyib. 9 yaşlı azarkeş klub bazasına dəvət olunub.

"Metyu gəldi və onunla söhbət etdik. 9 yaşlı uşağa görə yaxşı futbol bilgisi var. Komandanın məşqini izlədi və mənə 40-dan çox sual verdi. Məşqçi olmaq Matyu üçün çətin olar. Xüsusilə maliyyə baxımından... Çünki futbolçulara çox məvacib vermək istəyir. Deyəsən, köməkçisi kimi anasını seçib. Məncə, yaxşı seçimdir" - "mersisaydlılar"ın prezidenti Kernrayt deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости