Sahibkar: Hollandiya və Türkiyədən pomidor toxumu almırıq, çünki...
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanda xaricdən gətirilən toxumlarla müqayisədə az məhsuldarlığı olmayan pomidor toxumları yetişdirilir.
Day.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında sahibkar Ələkbər Nəsibov məlumat verib.
Onun sözlərinə görə, hazırda Ağdam rayonunda pomidor təsərrüfatı ilə məşğuldur: "Məhsuldarlıq ayrı-ayrı vaxtlarda müxtəlif miqdarda olur. Hər il 2-3 hektar sahədə pomidor əkirəm. Hektara 150 ton məhsul götürürəm. Məhsuldarlıq normaldır. Əvvəllər toxumları Hollandiya və Türkiyədən gətirirdik, Şəki və digər rayonlardan şitillər alıb əkirdik. Amma bir neçə ildir ki, özümüz pomidor toxumu yetişdiririk. Əsasən, Hollandiya sortu olan H-22 sortunu becəririk. Bu toxum əvvəllər Hollandiyadan gətirilsə də, indi buna ehtiyac qalmayıb. Həyətlərimizdə kiçik istixanalar düzəltmişik, Hollandiya və Türkiyə sortları olan pomidorların şitillərini yetişdirib sahələrə əkirik".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре